"Çelsi" rəhbərliyi komandanın baş məşqçisinə dəstək verib
"Çelsi"nin həmsahibi Behdad Eqbali komandanın baş məşqçisi Liam Rosinyora dəstək nümayiş etdirib.
Operativ Media xəbər verir ki, bu haqda "The Athletic" məlumat yayıb.
"Liam məsələsinə gəlincə, bizim 18 aydan artıq müddətdə onunla hər gün birgə çalışmaq imkanımız olub, buna görə də nə gözləyəcəyimizi bilirdik. Hesab edirik ki, onda "Çelsi"də uğur qazanmaq üçün bütün lazımi keyfiyyətlər var. O, işinə əla başlayıb. Son 5-6 oyun asan keçmədi, lakin biz Liamı dəstəkləyirik. Əlbəttə ki, bu, nəticəyə əsaslanan bir biznesdir, lakin onun uzunmüddətli perspektivdə uğur qazana biləcəyinə inanırıq.
Məqsədimiz ən yaxşı oyunçuları "Çelsi"də saxlamaq idi və biz buna nail olduq. Hər 3-4 ildən bir komandanı yenidən qurmaq niyyətimiz yoxdur. Siz müəyyən bir model qurur, onu təkmilləşdirir və səhvlərinizdən dərs çıxarırsınız", — deyə o, qeyd edib.
Xatırladaq ki, 41 yaşlı ingiltərəli mütəxəssis yanvar ayında "Strasbur"dan "Çelsi"yə keçərək komandaya rəhbərlik etməyə başlayıb. Onun rəhbərliyi altında London klubu 21 oyun keçirib. Hazırda 32 turdan sonra "Çelsi" Premyer Liqanın turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.