Azərbaycan güləş milliləri “Çempionlar” turnirində mübarizəyə başlayır
Sabah Türkiyənin Antalya şəhərində “Çempionlar” turnirinə start veriləcək.
Operativ Media xəbər verir ki, aprelin 20-dək davam edəcək ənənəvi yarışda U20 yaş qrupu üzrə milli komandaların üzvləri mübarizə aparacaqlar.
Sərbəst güləş üzrə millinin heyətində 57 kq çəkidə Muhəmməd İsmayılov, 61 kq-da Camal Abbasov, 65 kq-da Bəşir Verdiyev, 70 kq-da Hacı Kərimov, 74 kq-da Nurlan Ağazadə, 79 kq-da Elcan İsmayılzadə və Muradxan Omarov, 86 kq-da Məhəmməd Abbaszadə, 92 kq-da Hüseyn Məmmədtağızadə, 97 kq-da Fərhad Süleymanlı, 125 kq-da isə Yusif Dursunov və Muxamad Qantemirov yer alıblar. Komandaya böyük məşqçi Arif Abdullayev rəhbərlik edir, məşqçilər Rövşən Hacıyev, Nazim Əlicanov və Əşrəf Əliyevdir.
Qadın güləşi üzrə yığmada 50 kq-da Nəzrin Əhmədli, 53 kq-da Esra Məmmədli, 55 kq-da Səadət Quliyeva, 72 kq-da isə Zəhra Kərimzadə mübarizə aparacaq. Komandanın məşqçisi Həsrət Məmmədyarovdur.
Yunan-Roma güləşi üzrə millidə 55 kq-da Emin Cavadlı, Nicat İsgəndərli, Hikmət Haqverdiyev, Elnar Ziyadov və Xalid Ələsgərov, 60 kq-da Əli Nəzərov, Maksut Cankurtaran və Nihat Bəhmənov, 63 kq-da Tural Əhmədov və Əmrah Əmrahov, 67 kq-da Murad Əliyev, Roman Kərimov və Orxan Əliyev, 72 kq-da Yusif Əhmədli və Kamran Rəcəbli, 77 kq-da Cavad Məmmədov və Cavidan Nehmətov, 82 kq-da Zaur Hüseynli, 87 kq-da Orxan Hacıyev və Abdulla Həsənov, 97 kq-da Mahir Qurbanlı, Rihad İbrahimli və Fuad Hüseynli, 130 kq-da isə Museyi-Kazım Hüseyn çıxış edəcək. Komandaya böyük məşqçi Turac Hüseynli rəhbərlik edir, məşqçilər Emin Əhmədov və Akif Əliyevdir.