UEFA Avropa Liqasında yarımfinalçılar bəlli oldu
UEFA Avropa Liqasının 1/4 final mərhələsi çərçivəsində cavab oyunları keçirilib.
Operativ Media xəbər verir ki, günün ilk görüşündə “Selta” “Frayburq”u qəbul edib.
İlk qarşılaşmada olduğu kimi, bu dəfə də almanlar rəqib qapısına 3 top vurublar – 1:3. Beləliklə, ümumi nəticədə 6:1 hesablı qələbə qazanan komanda adını yarımfinala yazdırıb.
Günün digər matçlarında “Aston Villa” “Bolonya”nı, “Nottingem Forest” “Portu”nu qəbul edib. İspaniyada baş tutan “Betis” “Braqa” oyununda 6 qol vurulub.
UEFA Avropa Liqası
1/4 final
16 aprel
“Selta” (İspaniya) – “Frayburq” (Almaniya) 1:3
İlk oyun – 0:3
Qollar: V. Svedberq, 90+1 – İ. Matanoviç, 33, Y. Suzuki, 39, 50,
“Aston Villa” (İngiltərə) – “Bolonya” (İtaliya) 4:0
İlk oyun – 3:1
Qollar: O. Votkins, 16, E. Buendia, 26, M. Rocers, 39, E. Konsa, 89
“Nottingem Forest” (İngiltərə) – “Portu” (Portuqaliya) 1:0
İlk oyun – 1:1
Qollar: M. Gibbs-Vayt, 12
“Betis” (İspaniya) – “Braqa” (Portuqaliya) 2:4
İlk oyun – 1:1
Qollar: Entoni, 13, A. Ezzalzuli, 26 – P. Viktor, 38, V. Karvalyo, 49, R. Orta, 53 (pen), J. Qorbi, 76