Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatında medal qazanan idmançılarımızı təbrik edib.
Operativ Media xəbər verir ki, bu barədə “X” hesabında paylaşım edilib.
O bildirib ki, yarışda Əhməd Yusifov (-60 kq) və Turan Bayramov (-66 kq) bürünc medal qazanaraq mühüm uğura imza atıblar.
Federasiya prezidenti cüdoçularımızı bu əlamətdar nailiyyət münasibətilə təbrik edib, qarşıdakı günlərdə tatamiyə çıxacaq bütün idmançılarımıza uğurlar arzulayıb.