Menyu

İstilik təchizatı sistemlərinin mərhələli şəkildə sınaq yoxlanmasına başlanılıb

Operativ Media
İstilik təchizatı sistemlərinin mərhələli şəkildə sınaq yoxlanmasına başlanılıb

2025–2026-cı illər payız-qış mövsümünün başa çatması ilə əlaqədər istilik təchizatı sistemlərinin mərhələli şəkildə sınaq yoxlanmasına başlanılmışdır.

Operativ Media xəbər verir ki, bu barədə "Azəristiliktəchizat" ASC məlumat yayıb.

Sınaq yoxlamalarının əsas məqsədi istilik sistemlərində texniki nasazlıqların vaxtında aşkar olunması və 2026-2027-ci illər payız-qış mövsümünə hazırlıq işləri çərçivəsində baş verə biləcək halların qarşısının alınmasıdır.

Bununla əlaqədar olaraq, cəmiyyətin mənbələrindən istilik enerjisi ilə təmin edilən yaşayış binaları və mənzillərdə baş verə biləcək su axıntısının qarşısının əvvəlcədən alınması məqsədi ilə istilik qurğularının nəzarət saxlanılmasını tövsiyə edirik.

Binaların zirzəmisində, binadaxili və ya mənzildaxili istilik sistemlərində su axıntısı müşahidə olunduğu halda bu barədə dərhal müəssisənin 956 nömrəli “Çağrı mərkəzi”nə, əraziyə xidmət göstərən yerli idarələrə (İstilik Sistemləri İstismarı Sahələri) və ya binaya xidmət göstərən MKİS-ə məlumat verməyinizi xahiş edirik.

İstehlakçılara göstərilən əməkdaşlığa görə təşəkkür edir, növbəti istilik mövsümündə daha yüksək xidmət səviyyəsi təqdim etməyi hədəfləyirik.

Əlaqəli Xəbərlər