Menyu

Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub

Operativ Media
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub

Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub.

Operativ Media xəbər verir ki, Cəbrayıl Eldar oğlu Xanlarov və daxili xidmət general-mayoru Yusif Mahmud oğlu Nəbiyev Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavinləri təyin ediliblər.

Qeyd edək ki, Cəbrayıl Eldar oğlu Xanlarov 03.11.1972-ci ildə Bakı şəhərində anadan olub.

Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, iqtisad elmləri namizədidir.

Yusif Mahmud oğlu Nəbiyev 18.09.1982-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetini bitirib, hüquq üzrə fəlsəfə doktorudur.

Əlaqəli Xəbərlər