Menyu

Bakıda sıxlıq müşahidə olunan yollar açıqlanıb - SİYAHI

Operativ Media
Bakıda sıxlıq müşahidə olunan yollar açıqlanıb - SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

Operativ Media xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hal-hazırda yollardakı vəziyyət:

 1. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

 2. Fətəli xan Xoyski prospekti, "Gənclik" metro stansiyasının qarşısından Həsənoğlu küçəsi istiqamətində;

 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

 4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

 5. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

 6. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;

 7. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;

 8. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;

 9. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

 10. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

 11. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

 12. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

 13. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;

 14. Koroğlu Rəhimov küçəsi, Mirzə Qədim İrəvani küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;

 15. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Əlaqəli Xəbərlər