Ana səhifə / Gündəm / Füzulidə mina partlayıb, ANAMA əməkdaşı həlak olub Füzulidə mina partlayıb, ANAMA əməkdaşı həlak olub 14.04.2026, 12:08 Operativ Media 2026-cı il 14 aprel tarixində işğaldan azad edilmiş Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndi ərazisində mina hadisəsi baș verib. Bu barədə Operativ Media-ya Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Agentliyin əməkdaşı 1995-ci il təvəllüdlü Mətili Muğan Rəfayıl oğlu xidməti vəzifəsini yerinə yetirərkən tank əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində əməkdaş həyatını itirib.
14.04.2026, 19:08 Albaniyada keçiriləcək Avropa çempionatı üçün Azərbaycan güləş millisinin heyəti açıqlandı