Menyu

Azərbaycandan Ermənistana dizel yanacağı və gübrə daşıyan növbəti qatar yola salınıb - YENİLƏNİB

Operativ Media
Azərbaycandan Ermənistana dizel yanacağı və gübrə daşıyan növbəti qatar yola salınıb - YENİLƏNİB

Azərbaycandan Ermənistana yanacaq ixracı davam edir.

Operativ Media xəbər verir ki, bu gün Ermənistana 22 vaqon (1298 ton) dizel yanacağı göndərilib.

Eyni zamanda, Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə növbəti yük daşınması həyata keçirilib. Belə ki, bu gün 4 vaqondan ibarət, ümumi çəkisi 240 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınacaq.

Qeyd edək ki, indiyədək Azərbaycandan Ermənistana ümumilikdə 6312 ton dizel yanacağı, 979 ton Aİ-92 markalı benzin və 2955 ton Aİ-95 markalı benzin, Azərbaycan üzərindən tranzit keçməklə Rusiyadan Ermənistana 23,9 min ton taxıl, 1100 tondan artıq gübrə və 68 ton qarabaşaq məhsulu daşınıb.

***

08:00

Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq.

Operativ Media xəbər verir ki, bununla yanaşı, Rusiyadan Ermənistana 4 vaqon gübrə tranzitlə göndəriləcək.

Xatırladaq ki, bu ölkəyə yanacaq ixracına 2025-ci dekabrın 18-də başlanılıb. Həmin gün Ermənistana 1 220 ton "Aİ-95" markalı avtomobil yanacağı tədarük edilib. Sonuncu dəfə isə aprelin 11-də Azərbaycandan Ermənistana 887 ton dizel yanacağı göndərilib.

Əlaqəli Xəbərlər