Menyu

AAYDA: Daha iki ərazidə yollar təmir edilib

Operativ Media
AAYDA:  Daha iki ərazidə yollar təmir edilib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakıda daha iki ərazidə yolları təmir edib.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, təmir işləri ümumi hərəkətə minimum maneə yaratmaq üçün əsasən istirahət günlərində və gecə saatlarında həyata keçirilir. Növbəti təmir Heydər Əliyev prospektindən Babək prospektinə gedən yolötürücünün üzərində və Ziya Bünyadov prospektində ("Koroğlu" metro stansiyası istiqamətində) aparılıb.

İşlər iki gecə ərzində, saat 23:00-dan səhər 07:00-a qədər icra olunub. Nəticədə vətəndaşlara minimum narahatlıq yaradılmaqla daha iki ərazidə rahat və təhlükəsiz hərəkət təmin edilib.


Əlaqəli Xəbərlər