Menyu

Masazırda iki qadının qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanılıb - YENİLƏNİB

Operativ Media
Masazırda iki qadının qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanılıb - YENİLƏNİB

Abşeron rayonu Masazır qəsəbəsində iki qadının qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Operativ Media-ya Baş Prokurorluqdan məlumat verilib.

Qeyd olunub ki, aprelin 11-də Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində Pərişan Süleymanova və Nuranə İsgəndərlinin qəsdən öldürülməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.



***

12:32

Abşeron rayonunun Masazır qəsəbəsində iki qadın qətlə yetirilib.

Operativ Media xəbər verir ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, Abşeron rayonu, Masazır qəsəbəsində 39 və 30 yaşlı iki şəxsə kəsici-deşici alətlə xəsarət yetirilməsi və onların hadisə yerində ölməsi barədə polisə məlumat daxil olub.

Hazırda polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər