Mustafayev və Qaluzin əməkdaşlıq perspektivlərini müzakirə ediblər
Operativ Media
Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin və Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev qarşıdan gələn hökumətlərarası təmaslar fonunda ticari-iqtisadi və mədəni-humanitar sahələrdə ikitərəfli əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Operativ Media xəbər verir ki, bu barədə Rusiya XİN-in məlumatında bildirilib.
"Hərtərəfli Rusiya-Azərbaycan əlaqələrinin və müttəfiqlik fəaliyyətinin daha da möhkəmləndirilməsi, eləcə də Cənubi Qafqaz və Xəzər regionunda təhlükəsizliyin təmin edilməsi və əməkdaşlığın inkişafı məqsədilə səmərəli birgə fəaliyyətin davam etdirilməsinə dair qarşılıqlı marağın olduğu qeyd olunub", - məlumatda vurğulanıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net