Menyu

Pedaqoji Universitetinin Gənclik Kampusu yararsız hala düşüb

Ayşən Sadıxzadə
Pedaqoji Universitetinin Gənclik Kampusu yararsız hala düşüb

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Gənclik Kampusu yararsız hala düşüb.

Bu barədə Operativ Media-ya Universitetin tələbələri məlumat veriblər.

Məlumata görə, otaqların və auditoriyaların köhnəlməsi, inventarların sıradan çıxması öyrənmə prosesinə mənfi təsir göstərir və tələbələrin gündəlik fəaliyyətini çətinləşdirir.

Mövzu ilə bağlı Universitetin mətbuat xidmətinə soğru ünvaladıq.

Bildirilib ki, universitetin tədris binalarında təmir-bərpa işləri növbəlilik prinsipi əsasında həyata keçirilir. Bu işlər hər tədris ili üçün planlaşdırılır və mərhələli şəkildə icra olunur.

"Sözügedən tədris binası ilə bağlı isə qeyd edək ki, hazırda konkret təmir işlərinin başlanması ilə bağlı dəqiq məlumat yoxdur. Əgər yaxın zamanda bu istiqamətdə hər hansı addım atılarsa, ictimaiyyətə əlavə və ətraflı məlumat təqdim ediləcək", - məlumatda qeyd olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər