Menyu

Eldar Əzizov və Zaur Mikayılov Keşlədə əraziyə baxış keçirib - YENİLƏNİB

Operativ Media
Eldar Əzizov və Zaur Mikayılov Keşlədə əraziyə baxış keçirib - YENİLƏNİB

Bu gün axşam saatlarında Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Xətai rayonu, Rəşid Bağırov 36/12b ünvanında kollektor üzərində tikilmiş və Keşlə qəsəbəsində yağış sularının kənarlaşdırılmasında problem yaratmış ikimərtəbəli evin söküldüyü yerə baxış keçiriblər.

Operativ Media xəbər verir ki, ərazidə aidiyyatı qurumlara tapşırıqlar verilib, problemin həlli istiqamətində konkret tədbirlər müəyyənləşdirilib.

20:39

Xətai rayonu, Rəşid Bağırov 36/12b ünvanında kollektor üzərində tikilmiş ikimərtəbəli evin sökülməsi qərara alınıb.

Operativ Media xəbər verir ki, aidiyyəti qurumlar tərəfindən artıq söküntü işlərinə başlanılıb.

Belə ki, evin bünövrəsinin çökməsi nəticəsində kollektorun bir hissəsi tutulub və yağış sularının kənarlaşdırılması çətinləşib. 

Nəticədə güclü yağıntı zamanı ərazidə su basma halları baş verib.


Əlaqəli Xəbərlər