İran və Türkiyə xarici işlər nazirləri telefon danışığı aparıblar
Operativ Media
İranın xarici işlər naziri Abbas Əraqçi və Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.
Operativ Media xəbər verir ki, bu barəd İran XİN məlumat yayıb.
Məlumata görə, tərəflər ABŞ və İsrailin İrana qarşı davam edən hücumları fonunda regionda və beynəlxalq aləmdə baş verən son hadisələri, həmçinin bunun mümkün nəticələrini müzakirə edərək fikir mübadiləsi aparıblar.