Menyu

Baş prokuror Can Tuncayın rəhbərlik etdiyi heyəti qəbul edib

Operativ Media
Baş prokuror Can Tuncayın rəhbərlik etdiyi heyəti qəbul edib

Azərbaycanın Baş prokuroru Kamran Əliyev Bakıda səfərdə olan Türkiyə Ədliyyə nazirinin müavini Can Tuncayın rəhbərlik etdiyi heyəti qəbul edib.

Bu barədə Operativ Media-ya Baş Prokurorluqdan məlumat verilib.

Baş prokuror bildirib ki, dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın uzaqgörən xarici siyasəti nəticəsində dövlətlərimiz arasında dostluq və qardaşlıq münasibətləri möhkəmlənib və bu, digər sahələrlə yanaşı, ölkələrimizin hüquq sistemləri və hüquqşünasları arasında əməkdaşlığın daha da inkişaf etməsində mühüm rol oynayır.

Bundan başqa, C. Tuncayı Ədliyyə nazirinin müavini təyin olunması münasibətilə təbrik edərək, daha öncə qurulmuş səmərəli əməkdaşlığın davam edəcəyinə əminliyini bildirib.

C. Tuncay göstərilən qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib, iki ölkənin həm ədliyyə qurumları, həm də prokurorluq orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olmasını vurğulayıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında, o cümlədən hüquq və qanunvericilik sistemində həyata keçirilmiş islahatlar barədə fikir mübadiəsi aparılmış, konkret cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım və ekstradisiya ilə bağlı praktiki məsələlər müzakirə edilmiş, bir sıra əldə istiqamətlərdə əldə edilmiş müsbət nəticələr qeyd edilib.

Fotogalereya

Əlaqəli Xəbərlər