Menyu

Ərdoğan və Putin arasında telefon danışığı olub

Operativ Media
Ərdoğan və Putin arasında telefon danışığı olub

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin ilə Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı baş tutub.

Operativ Media xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı liderlər Yaxın Şərqdə davam edən gərginliyi müzakirə ediblər.

Liderlər Yaxın Şərqdəki hərbi əməliyyatların təkcə regional deyil, həm də qlobal miqyasda ciddi mənfi nəticələrə səbəb olduğunu qeyd ediblər.

Rusiya və Türkiyə prezidentləri dərhal atəşkəsin və regiondakı bütün ölkələrin maraqlarını nəzərə alan kompromis razılaşmaların hazırlanmasının tərəfdarı olduğunu bildiriblər.

Putin Ərdoğana Ukrayna ilə bağlı danışıqlar prosesini asanlaşdırmaq istəyinə görə təşəkkürünü bildirib.


Əlaqəli Xəbərlər