Rabita Mobile-də texniki işlər: istifadəçilərə xəbərdarlıq edildi
Operativ Media
Rabita Mobile istifadəçilərinə texniki işlərlə bağlı xəbərdarlıq edilib.
Operativ Media-nın məlumatına görə, bildirilir ki, aparılacaq texniki sazlamalar səbəbindən tətbiqin fəaliyyətində müvəqqəti məhdudiyyətlər yarana bilər. Məhdudiyyətlər 4 aprel tarixində saat 02:00-dan 04:00-a qədər, 5 aprel tarixində isə 01:00-dan 06:00-a kimi müşahidə oluna bilər.
İstifadəçilərdən qeyd olunan vaxt aralığında yarana biləcək narahatlıqları nəzərə almaları xahiş olunur. Şirkət anlayışa görə təşəkkür edib.