Menyu

Azərbaycan və Qazaxıstan əməkdaşlığı müzakirə edib

Operativ Media
Azərbaycan və Qazaxıstan əməkdaşlığı müzakirə edib

3 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Samir Şərifov və Qazaxıstan Respublikasının xarici işlər nazirinin müavini Alibek Bakayev arasında görüş keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gündəliyində olan məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

2 aprel tarixində Bakı şəhərində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşünün keçirilməsi yüksək qiymətləndirilib. Bununla yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Görüşdə eyni zamanda, regional və beynəlxalq gündəliyin aktual məsələlərinə toxunulub.

Fotogalereya

Əlaqəli Xəbərlər