Menyu

Putin və Paşinyan arasında görüş başa çatıb - YENİLƏNİB

Operativ Media
Putin və Paşinyan arasında görüş başa çatıb - YENİLƏNİB

Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş başa çatıb.

Operativ Media xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov "TASS"a bildirib.

"Biz artıq görüşü bitirdik", - deyə Kremlin sözçüsü qeyd edib.

18:34

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlar aparır.

Operativ Media xəbər verir ki, Paşinyan Moskvada səfərdədir.

Bildirilib ki, görüşdə tərəflərin Rusiya-Ermənistan strateji tərəfdaşlığının mövcud vəziyyətini və perspektivlərini, əsas regional məsələləri, eləcə də Cənubi Qafqazda iqtisadi, nəqliyyat və logistika əlaqələrinin inkişafını müzakirə edəcəkləri gözlənilir.

Əlaqəli Xəbərlər