Menyu

Kolumbiyada hərbi təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 60-ı keçib YENİLƏNİB-4

Operativ Media
Kolumbiyada hərbi təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 60-ı keçib YENİLƏNİB-4

Kolumbiyanın Puerto-Leqisamo bölgəsində C-130 “Hercules” hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 68-ə çatıb.

Operativ Media xəbər verir ki, bu barədə şəhər meri Luis Emilio Bustos məlumat verib.

O xilasetmə işlərinin davam etdiyini bildirib.

Qeyd edək ki, Müdafiə Nazirliyi qəzaya uğrayan təyyarənin göyərtəsində 127 hərbçinin olduğunu açıqlayıb.

09:05

Kolumbiya Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus "C-130 Hercules" təyyarəsinin ölkənin cənubunda qəzaya uğraması nəticəsində azı 66 hərbi qulluqçu həlak olub.

Operativ Media xəbər verir ki, bu barədə yerli "El Tiempo" qəzeti hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, həlak olanlar arasında Kolumbiya HHQ-nin 6, Milli Ordunun 58 və Milli Polisin 2 hərbi qulluqçusu var.

Meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi davam edir, eyni zamanda, dörd hərbçi itkin düşmüş hesab olunur.

23.03.2026 - 23:49

Kolumbiya Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus "Hercules C-130" təyyarəsinin qəzaya uğraması nəticəsində bir nəfərin həlak olduğu təsdiqlənib.

Operativ Media xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti Qustavo Petro "X" sosial şəbəkəsində məlumat yayıb.

"Hazırda 77 yaralı xəstəxanaya çatdırılıb, bir nəfər həlak olan var. Daha 43 nəfərin taleyi araşdırılır", - o yazıb.

Bundan əvvəl Kolumbiya HHQ-nin komandanı Karlos Silva Rueda qəzaya uğrayan "Hercules C-130" təyyarəsinin göyərtəsində 114 sərnişin və 11 heyət üzvünün olduğunu bildirmişdi.

***

22:21

Göyərtəsində 110-dan çox insanın olduğu Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus "Hercules C-130" təyyarəsinin qəzaya uğramasından sonra 57-yə yaxın hərbçi xilas edilib.

Operativ Media xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Bundan əvvəl yerli hakimiyyət orqanlarının nümayəndəsi Karlos Arbey Klaros "Caracol" telekanalının efirində 30-a yaxın hərbçinin xəstəxanalara çatdırıldığını bildirmişdi.

Həlak olanların sayı barədə hələlik dəqiq məlumat verilmir. Axtarış-xilasetmə əməliyyatı davam edir.

***

20:53

Göyərtəsində 100-dən çox hərbçinin olduğu Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus "Hercules C-130" təyyarəsi ölkənin cənubunda qəzaya uğrayıb.

Operativ Media xəbər verir ki, bu barədə "Caracol" radiostansiyası məlumat yayıb.

Ölkənin müdafiə naziri Pedro Sançes "X" sosial şəbəkəsində təfərrüatlara varmadan hadisəni təsdiqləyib.

"Dərin kədər hissi ilə bildirirəm ki, Kolumbiya HHQ-yə məxsus, silahlı qüvvələrimizin qulluqçularını daşıyan "Hercules" təyyarəsi Puerto-Legisamo şəhərində havaya qalxarkən qəzaya uğrayıb", - deyə o yazıb.

Əlaqəli Xəbərlər