Bakıda tıxac müşahidə olunan yollar açıqlanıb - SİYAHI
Bakıda tıxac müşahidə olunan yollar açıqlanıb.
OperativMedia xəbər verir ki, hal-hazırda yollardakı vəziyyət aşağıdakı kimidir:
1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;
2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
5. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;
6. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;
7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
8. Alı Mustafayev küçəsi,"20 Yanvar" dairəsi istiqamətində;
9. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
10. "20 Yanvar" dairəsində;
11. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
12. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
13. Babək prospekti, mərkəz istiqamətində;
14. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;
15. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
16. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
17. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
18. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
19. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
20. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;
21. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;
22. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;
23. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
24. Mirzə Qədim İrəvani küçəsi, Xətai prospekti istiqamətində;
25. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;
26. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində sıxlıq müşahidə olunur.