Menyu

Elektrikli avtomobili evdə şarj edərkən nələrə diqqət edilməlidir?

Ayşən Sadıxzadə
Elektrikli avtomobili evdə şarj edərkən nələrə diqqət edilməlidir?

Elektrik avtomobillərinin sayı artdıqca onların düzgün və təhlükəsiz şəkildə şarj olunması məsələsi də daha акtual mövzuya çevrilir. Mütəxəssislər bildirir ki, bu sahədə müəyyən texniki standartlara riayət olunmaması ciddi risklər yarada bilər.

Operativ Media xəbər verir ki, mövzu ilə bağlı “ARB”yə açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov qeyd edir ki, elektrik avtomobillərinin şarjı üçün müxtəlif beynəlxalq standartlar mövcuddur: 

"Avropa, Amerika və Çin standartları. Bu standartlar bir-birindən fərqləndiyi üçün uyğun olmayan şarj cihazlarından istifadə təhlükə yarada bilər".

Onun sözlərinə görə, bəzi hallarda avtomobil sahibləri uyğun olmayan adapter və ya keçidlərdən istifadə edir:

“Standarta uyğun olmayan qurğulardan istifadə zamanı ciddi risklər yaranır. Bu zaman həm avtomobilin yanması, həm də elektrik sistemində nasazlıq ehtimalı artır".

Ekspert qeyd edir ki, Azərbaycanda da artıq elektrik avtomobillərinin şarj cihazları ilə bağlı standartlar müəyyən edilib və bu standartlar əsasən Avropa modelinə uyğundur:

"Lakin buna baxmayaraq, ölkəyə fərqli standartlara uyğun avtomobillər gətirildiyi üçün problemlər yarana bilir. Şarjın harada aparılması məsələsinə gəldikdə isə, mütəxəssis bildirir ki, avtomobili həm evdə, həm də xüsusi enerji doldurma məntəqələrində şarj etmək mümkündür. Lakin ev şəraitində şarj daha zəif elektrik gücü səbəbindən uzun çəkir – təxminən 7–8 saat. Enerji doldurma məntəqələrində isə yüksək güc sayəsində bu proses daha sürətli həyata keçirilir. Bununla belə, evdə şarj zamanı əlavə təhlükəsizlik tədbirlərinə ehtiyac var. Əgər avtomobil mütəmadi olaraq evdə şarj ediləcəksə, müvafiq qurumlara müraciət olunmalı və daha güclü, təhlükəsiz elektrik xətti çəkilməlidir. Əks halda həm digər sakinlərə problem yarana, həm də yanğın riski arta bilər".

Əlaqəli Xəbərlər