Menyu

Azərbaycandan İrana göndərilən humanitar yardım sərhəd buraxılış məntəqəsinə çatıb - YENİLƏNİB

Operativ Media
Azərbaycandan İrana göndərilən humanitar yardım  sərhəd buraxılış məntəqəsinə çatıb - YENİLƏNİB

Azərbaycandan İrana göndərilən sayca ikinci humanitar yardım karvanına aid yük avtomobilləri artıq Cənub–Astara sərhəd buraxılış məntəqəsinə çatıb.

Operativ Media xəbər verir ki, Cənub–Astara sərhəd buraxılış məntəqəsi yeni Ələt–Astara magistral yolu üzərində yerləşir və yüklərin daha operativ şəkildə çatdırılması üçün məhz bu marşrut seçilib.

Bundan əvvəl göndərilən yüklər isə Astara Dövlət Sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrana yola salınmışdı.


***
09:04

Prezident İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında 2026-cı il 8 mart tarixində baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə 2026-cı il 18 mart tarixində İrana növbəti humanitar yardım yola salınır.

Operativ Media xəbər verir ki, İran İslam Respublikasına göndərilən humanitar yardıma ümumi həcmi 82 ton olan müxtəlif adda ərzaq məhsulları, dərman vasitələri və tibbi ləvazimatlar daxildir. Bundan 76 ton ərzaq və qida məhsulları, 4 ton həcmində dərman vasitələri və 2 ton həcmində isə tibbi ləvazimatlar daxildir.

Humanitar yardım 5 yük avtomobili (TIR) vasitəsilə göndərilir.

Humanitar yardımın Novruz bayramı ərəfəsində göndərilməsi nəzərə alınaraq, yük avtomobillərinə müvafiq Novruz sovqatı və bayram məhsulları da əlavə olunub.

Əlaqəli Xəbərlər