Nina Xruşşova Rusiyada xarici agentlərin reyestrinə daxil edilib
Operativ Media
SSRİ-nin sabiq liderləri Nikita Xruşşovun nəticəsi, publisist Nina Xruşşova Rusiyada xarici agentlərin reyestrinə daxil edilib.
Operativ Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Ədliyyə Nazirliyi məlumat yayıb.
Nina Xruşşova Nyu-Yorkdakı Yeni Məktəbin professoru, politoloq və yazıçıdır. O, 1980-ci illərin sonunda ABŞ-yə təhsil almaq üçün gedib və hazırda ABŞ-də yaşayır.
Ədliyyə Nazirliyinin press-relizində bildirilir ki, Nina Xruşşova Rusiya hakimiyyətinin fəaliyyəti barədə etibarsız məlumatlar yaydığına, Ukraynada müharibənin aparılmasına qarşı çıxış etdiyinə və xarici agentlərin materiallarının hazırlanmasında iştirak etdiyinə görə reyestrə daxil edilib.