Dövlət əhəmiyyətli obyekt və su mənbəyində radioloji monitorinqlər həyata keçirilib
Operativ Media
Azad edilmiş ərazilərdə 64 dövlət əhəmiyyətli obyekt və 155 su mənbəyində radioloji monitorinqlər həyata keçirilib.
Operativ Media xəbər verir ki, bu, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.
Qeyd edilib ki. azad edilmiş ərazilərdə radiasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədqiqatlar aparılan dövlət əhəmiyyətli obyektlərdə radiasiya təhlükəsizliyi tam təmin edilib. Bu məqsədlə 64 dövlət əhəmiyyətli obyekt və 155 su mənbəyində radioloji monitorinqlər həyata keçirilib, tədqiqat işlərinin planlaşdırılması mərhələsi tam şəkildə yekunlaşdırılıb.