Binəqədidə tullantılar yığılmış ərazidəki yanğın söndürülüb - YENİLƏNİB - VİDEO
Paytaxtın Binəqədi rayonunun ərazisində təkər və məişət tullantıları yığılmış ərazidə baş verən yanğının qarşısı alınıb.
Operativ Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
***
19:04
Bakının Binəqədi rayonunda yanğın hadisəsi baş verib.
Hadisə Cəfər Xəndan küçəsində, “Bağçalı Saray” şadlıq sarayının yaxınlığında qeydə alınıb.
FHN-dən Operativ Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu ərazisində təkər və məişət tullantıları yığılmış ərazidə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcək.