Aeroportların tikintisi üçün torpaq alınması dövlət ehtiyacı sayılacaq
Operativ Media
Dövlət mülkiyyətində olan hava limanlarının (aeroportların) və (və ya) aerodromların genişləndirilməsi və ya yeni hava limanlarının (aeroportların) və (və ya) aerodromların inşası torpağın alınmasına əsas verən dövlət ehtiyacları sırasına daxil edilib.
Operativ Media-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.