Menyu

İraqın şimalında pilotsuz təyyarənin hücumu nəticəsində altı fransız əsgəri yaralanıb

Şəfa Hüseynli
İraqın şimalında pilotsuz təyyarənin hücumu nəticəsində altı fransız əsgəri yaralanıb

İraqın şimalındakı Ərbil bölgəsində pilotsuz təyyarənin hücumu nəticəsində altı fransız hərbçisi yaralanıb.

Operativ Media xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti məlumat yayıb.

Baş Qərargahın məlumatına görə, yaralı əsgərlər terrorizmlə mübarizə kampaniyasının bir hissəsi olaraq İraq tərəfdaşlarının təliminə cəlb ediliblər. Yaralılar müvafiq müalicə üçün dərhal ən yaxın tibb mərkəzinə aparılıblar.

Qeyd edək ki, İraq Kürdüstanının paytaxtı Ərbildə baş verən hücumda İtaliya hərbi bazası da hədəfə alınıb.

İtaliya bazasına edilən hücum nəticəsində ölən və yaralanan olmayıb.

Əlaqəli Xəbərlər