Menyu

Rusiya miqrant işçilər üçün yeni qaydalar tətbiq edəcək

Şəfa Hüseynli
Rusiya miqrant işçilər üçün yeni qaydalar tətbiq edəcək

Dövlət Dumasının MDB İşləri üzrə Komitəsi miqrant işçilər üçün patent və müvəqqəti yaşayış icazələrinin verilməsi şərtlərini dəyişdirən qanun layihəsinin birinci oxunuşunun qəbul edilməsini tövsiyə edib.

Operativ Media xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Layihəyə əsasən, miqrant işçilər özləri və asılı ailə üzvləri üçün Rusiyada sabit avans vergisi ödəməli olacaqlar. Miqrantın və ailəsinin qalma müddəti onların əmək müqaviləsinin müddətindən asılı olacaq.

Xarici vətəndaşların 18 yaşına çatmış uşaqları, ölkədə yaşamaq üçün başqa qanuni əsasları olmadığı təqdirdə, 30 gün ərzində Rusiya Federasiyasını tərk etməlidirlər.

Qanun layihəsində həmçinin miqrantın gəliri barədə məlumat olmadığı və ya qazancının yaşayış minimumundan aşağı olduğu təqdirdə, ailə üzvləri nəzərə alınmaqla patentin və ya iş icazəsinin ləğvi üçün yeni əsaslar nəzərdə tutulur.

Yüksək ixtisaslı mütəxəssislər üçün ayrıca tələblər təklif olunur. Bu cür işçilərin əksəriyyəti üçün minimum əmək haqqı ayda 717.000 rubl nəzərdə tutulur.

Əlaqəli Xəbərlər