ABŞ-də sinaqoqa silahlı hücum olub - YENİLƏNİB
Operativ Media
ABŞ-nin Miçiqan ştatında sinaqoqa hücum edən şəxs ölüb.
Operativ Media xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, hücum edən şəxs təhlükəsizlik işçilərinin maşına atəş açmasından sonra avtomobilinin binaya çırpılması zamanı ölüb.
Avtomobilə baxış keçirilən zaman həmin şəxsin üzərində tüfəng olduğu məlum olub.
22:44
ABŞ-nin Miçiqan ştatında naməlum silahlı şəxs Qərbi Blumfilddəki “Temple Israel” sinaqoqunda atəş açıb.
Operativ Media xəbər verir ki, ilkin məlumata görə, hücumçu əvvəlcə avtomobili sinaqoq binasına çırpıb, daha sonra avtomobildən enərək içəridəki insanlara atəş açıb.
Polis və Federal Təhqiqatlar Bürosu (FTB) əməkdaşları hadisə yerini mühasirəyə alıblar.
Ətraflı məlumat verilməyib.