Xamenei: İran qisas almaqdan çəkinməyəcək
Operativ Media
İran qisas almaqdan çəkinməyəcək.
Operativ Media xəbər verir ki, bunu İranın yeni Ali Rəhbəri Ayətullah Müctəba Xamenei xalqa ilk müraciətində bildirib.
"Bölgədəki bütün ABŞ hərbi bazaları dərhal bağlanmalıdır, əks halda, bu bazalar hücum hədəfi olacaq. Düşmən illərdir ki, tədricən bəzi qonşu ölkələrdə bazalar qurur və son hücumda bəzi hərbi bazalardan istifadə olunub. Təbii ki, açıq şəkildə xəbərdarlıq etdiyimiz kimi, həmin bazalara hücum etdik. Bir daha təkrar edirəm: İslam Respublikası regionda hər hansı bir hegemonluq və ya müstəmləkəçilik siyasəti yürütmək niyyətində olmadan, bütün qonşularla birlik və qarşılıqlı, səmimi münasibətlər qurmağa tam hazırdır", - o, qeyd edib.