Menyu

Türkiyə MN: İncirlik Türkiyə bazasıdır

Şəfa Hüseynli
Türkiyə MN: İncirlik Türkiyə bazasıdır

Türkiyə Milli Müdafiə Nazirliyi İncirliyin bir türk hərbi bazası olduğunu və orada Amerika əsgərlərinin olmasının onun Amerika bazası olduğu mənasına gəlmədiyini bəyan edib.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

" İncirlik Türkiyə bazasıdır. Eskişehirde Hərbi Hava Qüvvələri Komandanlığının tabeliyində fəaliyyət göstərən 10-cu Əsas Reaktiv Baza Komandanlığıdır. 10-cu Əsas Reaktiv Baza Komandanlığımız Adana İncirlikdə yerləşir. F-16 Donanmamıza tankerlər və PUA-lar daxildir. Bütün obyektləri də daxil olmaqla, əmlak Türkiyə Respublikasına məxsusdur. Baza komandiri türk briqada generalıdır. Orada Amerika əsgərlərinin olması onun Amerika bazası olması demək deyil. Orada həmçinin İspaniya qoşunları da yerləşir. Polşa və Qətər Hərbi qulluqçular da var."- bəyanatda qeyd edilib.

Əlaqəli Xəbərlər