“Crocus” terror aktını törədənlər ömürlük həbs cəzasına məhkum ediliblər
Rusiya Federasiyasının 2-ci Qərb Dairə Hərbi Məhkəməsinin Apellyasiya Kollegiyası Moskva Şəhər Məhkəməsində keçirilən səyyar iclasda “Crocus City Hall” konsert zalında törədilən terror aktının birbaşa icraçılarını ömürlük həbs cəzasına məhkum edib.
Operativ Media Rusiya mediasına istinadən xəbər verir ki, Şamsidin Fariduni, Dalerjon Mirzoyev, Məhəmmədsobir Fayzov və Saidəkram Racabolizodanı cəzalarını xüsusi rejimli koloniyada çəkməklə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.
Onlar cəzalarının bir hissəsini həbsxanada, qalan hissəsini isə xüsusi rejimli cəza koloniyasında çəkəcəklər.
Həmçinin "Crocus City Hall” konsert zalında törədilən terror aktının icraçılarına kömək edən 11 nəfər də ömürlük həbs cəzası alıb.
Daha 4 nəfər isə 19 il 11 aydan 22 il 6 aya qədər həbs cəzasına məhkum edilib.
Qeyd edək ki, 2024-cü il martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən Krokus Konsert salonuna terror hücumu olub, nəticədə 6-sı uşaq olmaqla, 145 nəfər həyatını itirib, 551 nəfər yaralanıb.