Menyu

Bayram günləri ASAN Xidmət işləyəcək?

Operativ Media
Bayram günləri ASAN Xidmət işləyəcək?

Novruz bayramı ilə əlaqədar "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində 20–29 mart tarixlərində qeyri-iş günü olacaq.

Operativ Media-nın xəbərinə görə, 30 mart tarixindən etibarən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, gələn həftə Azərbaycanda ardıcıl 11 gün qeyri-iş günü olacaq.

Belə ki, Novruz və Ramazan bayramları ilə əlaqədar 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart tarixləri Azərbaycanda qeyri-iş günləri təyin olunub.

Bayramdan sonra ilk iş günü isə 5 günlük iş həftəsi ilə işləyənlər üçün martın 31-i, 6 günlük iş həftəsi ilə işləyənlər üçün isə mart 28-i olacaq.

Əlaqəli Xəbərlər