Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunda çıxış edib - YENİLƏNİB
Bakıda, "Gülüstan" sarayında Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması" mövzusunda XIII Qlobal Bakı Forumu işə başlayıb.
Operativ Media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.
Əvvəlcə xatirə fotosu çəkdirilib.
XIII Qlobal Bakı Forumunu açıq elan edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin tədbir iştirakçılarını salamlayıb, Forumda aparılan müzakirələrin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Sonra çıxış üçün sözü Prezident İlham Əliyevə verib.
Dövlət başçısı açılış mərasimində çıxış edib.
***
10:57
Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu keçirilir.
Operativ Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində çıxış edib.