Menyu

Konqoda mədənin çökməsi nəticəsində 12 nəfər ölüb

Şəfa Hüseynli
Konqoda mədənin çökməsi nəticəsində 12 nəfər ölüb

Konqo Demokratik Respublikasının (KDR) cənub-şərqindəki Lualaba və Haut-Katanga əyalətləri arasındakı sərhəddə yerləşən Kakanda mədən ərazisində baş verən mədənin çökməsi nəticəsində 12 mədənçi həlak olub.

Operativ Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, mədəndə kobalt çıxararkən mədənin üstündəki qum təpələri çöküb.

Dağıntılar altında qalan 12 işçinin cəsədi tapılıb. Mədən ərazisində axtarış-xilasetmə əməliyyatları davam edir.

Əlaqəli Xəbərlər