Menyu

Xose Antonio Kast Çilinin yeni prezidenti olub

Şəfa Hüseynli
Xose Antonio Kast Çilinin yeni prezidenti olub

Cənubi Amerika ölkəsi Çilidə 14 dekabr 2025-ci ildə keçirilən prezident seçkilərinin ikinci turunda qalib gələn 60 yaşlı namizəd Xose Antonio Kast Milli Konqresdə and içərək vəzifəsinin icrasına başlayıb.

Operativ Media xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Kast, Valparaiso şəhərindəki Milli Konqres binasının Fəxri zalında keçirilən mərasimdə prezidentlik kəməri təqdim edildikdən sonra rəsmi olaraq yeni müddətinə başlayıb.

Mərasimdə istefa verən prezident Qabriel Boric də iştirak edib.

Əlaqəli Xəbərlər