Menyu

Bundan sonra "ƏDV"ni fərqli şəkildə geri alacağıq - VİDEO

Operativ Media
Bundan sonra "ƏDV"ni fərqli şəkildə geri alacağıq - VİDEO

Alış-veriş zamanı ƏDV-nin geri qaytarılması sisteminin yeni modelinin tətbiqi nəzərdə tutulur.

Operativ Media xəbər verir ki, yeni sistemə əsasən, bank kartı ilə həyata keçirilən ödənişlər avtomatik olaraq elektron sistemə ötürüləcək. Bu isə o deməkdir ki, vətəndaşların kassadan aldığı kağız çeklərə ehtiyac qalmayacaq.

Beləliklə, ödənilən məbləğ sistemi avtomatik şəkildə görünəcək və vətəndaşların əlavə müraciət etməsinə ehtiyac olmayacaq.

Elektron sistemlərə keçid məlumat təhlükəsizliyi baxımından da üstünlük yaradır. 

İnformasiya-kommunikasiya texnologiyaları üzrə mütəxəssis Coşqun Mehdiyev bildirir ki, kağız çeklərdə bəzən şəxsi və maliyyə məlumatları əks olunur və bu məlumatların üçüncü şəxslərin əlinə keçməsi riski mövcuddur.

Hazırda terminallardan çıxan bəzi çeklərdə vətəndaşların adı, kart nömrəsi, əməliyyatın məbləği və bank əməliyyatına dair digər məlumatlar əks oluna bilir. Bu cür çeklər bəzən atılır və ya ictimai yerlərdə qala bilir ki, nəticədə həmin məlumatların üçüncü şəxslərin əlinə keçməsi ehtimalı yaranır.

Rəqəmsal sistem isə bu məlumatların yayılmasının qarşısını almağa imkan verir. Məlumatlar birbaşa elektron bazada saxlanılır və yalnız istifadəçinin şəxsi kabineti vasitəsilə əldə edilə bilir. Bu da həm məlumatların qorunması, həm də maliyyə əməliyyatlarının daha təhlükəsiz şəkildə həyata keçirilməsi baxımından daha etibarlı mexanizm hesab olunur.

Qeyd edək ki, “ƏDV geri al” sistemində nəzərdə tutulan bu təkmilləşdirmə ilkin mərhələdə pilot layihə kimi iki bank tərəfindən həyata keçiriləcək. Yeni mexanizmin yaxın günlərdə istifadəyə verilməsi planlaşdırılır. Pilot mərhələnin nəticələrindən sonra isə sistemin digər banklara da tətbiqi nəzərdə tutulur.

Ətraflı XəzərXəbər-in sujetində:

Əlaqəli Xəbərlər