Çin ABŞ və İranı Hörmüz boğazındakı vəziyyətlə bağlı danışıqlara çağırıb
Operativ Media
Hörmüz boğazındakı mürəkkəb vəziyyəti nəzərə alaraq, Çin hakimiyyəti ABŞ və İran arasında danışıqların bərpasının zəruri olduğunu düşünür.
Operativ Media xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun bildirib.
O, brifinqdə Qərb jurnalistinin Hörmüz boğazındakı vəziyyətlə bağlı Pekinin mövqeyinə dair sualına cavab olaraq bildirib ki, "Bütün maraqlı tərəflər üçün təcili prioritet hərbi əməliyyatları dərhal dayandırmaq və mümkün qədər tez danışıqlar üçün müəyyən edilmiş çərçivəyə qayıtmaqdır".