Menyu

İran ABŞ ilə danışıqları bərpa etmək üçün şərtlər irəli sürüb

Şəfa Hüseynli
İran ABŞ ilə danışıqları bərpa etmək üçün şərtlər irəli sürüb

İran Amerika tərəfi ilə danışıqları bərpa etmək üçün bir sıra şərtlər irəli sürüb.

Operativ Media xəbər verir ki, bu barədə "Əl-Mayadeen" televiziyası məlumat yayıb.

İslam Respublikası hazırda atəşkəs üçün bütün vasitəçilik təşəbbüslərini rədd edir və diplomatik prosesi bərpa etmək üçün ABŞ-dən müəyyən zəmanətlər tələb edir.

Telekanalın məlumatına görə, Tehran Vaşinqtonun gələcəkdə təcavüzkarlığa yol verilməməsinə, təzminatların ödənilməsinə və İranın öz obyektlərində tam nüvə yanacaq dövriyyəsini həyata keçirmək hüququnun tanınmasına zəmanət verməsində israr edir.


Əlaqəli Xəbərlər