Menyu

Özbəkistan, Səudiyyə Ərəbistanı və BƏƏ arasında sərnişin daşınması bərpa olunub

Şəfa Hüseynli
Özbəkistan, Səudiyyə Ərəbistanı və BƏƏ arasında sərnişin daşınması bərpa olunub

10 mart 2026-cı il tarixindən etibarən Özbəkistan ərazisindən Səudiyyə Ərəbistanı Krallığına və Birləşmiş Ərəb Əmirliklərinə ikitərəfli sərnişin daşınmasına icazə verilib.

Operativ Media xəbər verir ki, bu barədə Özbəkistan Nəqliyyat Nazirliyi məlumat yayıb.

Eyni zamanda, əvvəllər vətəndaşlıqla bağlı tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb.

Qeyd olunur ki, Səudiyyə Ərəbistanına uçuşlar zamanı Ümrə mövsümünün başa çatması və bütün Ümrə zəvvarlarının 2026-cı il Həcc mövsümündən əvvəl Səudiyyə Ərəbistanı qanunlarına uyğun olaraq ölkəni tərk etmələri nəzərə alınır.

Bununla əlaqədar olaraq, "Özbəkistan Hava Limanları" ASC-nin Səudiyyə Ərəbistanına uçan sərnişinlərin geri dönüş biletinin olub-olmadığını yoxlaması qərara alınıb. Geri dönüş bileti olmayan sərnişinlər aşkar edilərsə, onların siyahısı aviaşirkətlər və tur operatorları tərəfindən tərtib ediləcək və iş növbələrinin sonunda hər gün "ÖzAviasiya" agentliyinin qərargahına təqdim ediləcək.

Əlaqəli Xəbərlər