Tramp ABŞ-də 50 ildən sonra ilk neft emalı zavodunun tikiləcəyini elan edib
Şəfa Hüseynli
ABŞ-də 50 ildən sonra ilk neft emalı zavodu tikiləcək.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social"da məlumat verib.
Layihəni Texas ştatının Braunsvill şəhərində yerləşən "America First Refining" şirkəti həyata keçirir.
İnvestisiya həcmi təxminən 300 milyard dollar qiymətləndirilir. Layihədə ən böyük özəl enerji şirkəti olan "Reliance" də daxil olmaqla, Hindistandan olan tərəfdaşlar iştirak edir. Yeni neft emalı zavodunun ABŞ bazarına xidmət göstərməsi və neft məhsulları ixrac etməsi gözlənilir.