Ana səhifə / Dünya / Qırğızıstanın FHN naziri vəzifəsindən azad edilib Qırğızıstanın FHN naziri vəzifəsindən azad edilib 10.03.2026, 13:10 Şəfa Hüseynli Qırğızıstanın Fövqəladə Hallar naziri Urmatbek Şamırkanov vəzifəsindən azad edilib.Operativ Media xəbər verir ki, bu barədə "24.kg" məlumat yayıb. Bildirilib ki, nazirin işdən çıxarılmasının səbəbi onun əvvəllər nazir müavini vəzifəsində çalışarkən rüşvət aldığına dair şübhələr olub."Məlumata görə, 2025-ci ilin yayında o, nazirlik daxilindəki şöbədə işçinin vəzifədə yüksəlməsi üçün rüşvət tələb edib." - məlumatda qeyd edilib.