Menyu

İstanbulda İŞİD əməliyyatı: 13 nəfər saxlanılıb

Şəfa Hüseynli
İstanbulda İŞİD əməliyyatı: 13 nəfər saxlanılıb

İstanbulda İŞİD terror təşkilatını hədəf alan əməliyyatda təşkilatın hazırkı təbliğat fəaliyyətini həyata keçirən və sosial media kanalları vasitəsilə təbliğat aparan 13 şübhəli saxlanılıb.

Operativ Media xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğu məlumat yayıb.

Təşkilatın terror fəaliyyətlərini həyata keçirdiyi bölgələrlə əlaqəli sosial media istifadəçiləri müəyyən edilib. Bu hesabları idarə edən şəxslərin təşkilati təbliğatla məşğul olduğu müəyyən edilib.

Saxlanılan şübhəlilər hazırda Terrorla Mübarizə İdarəsində dindirilir.

Əlaqəli Xəbərlər