Menyu

Misir yanacaq qiymətlərini qaldırıb

Şəfa Hüseynli
Misir yanacaq qiymətlərini qaldırıb

Misir ictimai nəqliyyatında geniş istifadə edilən bir litr dizel yanacağının qiymətinin 17 faizdən çox artdığını bildirib.

Operativ Media xəbər verir ki, bu barədə "Associated Press" xəbər agentliyi məlumat yayıb.

Bildirilir ki, 92 oktanlı benzinin qiyməti 15 faiz, 95 oktanlı benzinin qiyməti isə 14 faiz artıb.

"Al Ahram online" qəzetinin məlumatına görə, Misir hökuməti həmçinin dövlət xərclərini və enerji istehlakını azaltmaq üçün bir sıra tədbirləri təsdiqləyib. Bu tədbirlərə rəsmi səfərlərin məhdudlaşdırılması və nəqliyyat vasitələrinin təbii qaza çevrilməsinin sürətləndirilməsi də daxildir.


Əlaqəli Xəbərlər