Menyu

Çin-Aİ ticarət həcmi yanvar-fevral aylarında 22,7% artıb

Şəfa Hüseynli
Çin-Aİ ticarət həcmi yanvar-fevral aylarında 22,7% artıb

Çin və Aİ arasında ticarət həcmi yanvar-fevral aylarında illik müqayisədə 22,7% artaraq 142,24 milyard dollara çatıb.

Operativ Media xəbər verir ki, bu barədə Çin Baş Gömrük Administrasiyası məlumat yayıb.

Dərc olunmuş məlumatlara görə, hesabat dövründə Çinin Avropa Birliyinə ixracı 100,99 milyard dollar (artım 27,8%) təşkil edib. Çinin Aİ-dən mal idxalı 11,7% artaraq 41,25 milyard dollara çatıb.

Çinin Aİ ilə ticarət profisiti yanvar-fevral aylarında 59,74 milyard dollara çatıb (artım 41,7%).

Əlaqəli Xəbərlər