Menyu

KİV: Müşavirləri Donald Trampa İranla müharibəni dayandırmağı tövsiyə edirlər

Operativ Media
KİV: Müşavirləri Donald Trampa İranla müharibəni dayandırmağı tövsiyə edirlər

ABŞ Prezidenti Donald Trampın müşavirləri ictimai dəstəyi itirməmək üçün ona İranla müharibədən çıxış yolu tapmağı tövisyə edirlər.

Operativ Media xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Amerika lideri Tehranın təslim olmaqdan imtina etməsinə təəccüblənir. Prezidentin ətrafı hərbi münaqişədən çıxış planının hazırlanmasını və bunun ABŞ Silahlı Qüvvələrinin qarşıya qoyulmuş hədəflərə çatmasının nəticəsi kimi təqdim edilməsini zəruri hesab edir.

Nəşr qeyd edir ki, İrana qarşı əməliyyatlara onsuz da yüksək olmayan ictimai dəstək, münaqişənin uzanacağı təqdirdə daha da azala bilər. Trampın ştatdankənar iqtisadi müşaviri Stiven Mur qəzetə müsahibəsində bildirib: "Qaz və neftin qiyməti artdıqda, digər hər şeyin də qiyməti yüksəlir. Mal və xidmətlərin əlçatanlığı onsuz da problem təşkil etdiyi üçün, yeni qiymət artımı ciddi çətinliklərə yol açacaq".

Xatırladaq ki, martın 9-da ABŞ Prezidenti jurnalistlərə açıqlamasında İrana qarşı əməliyyatın tezliklə başa çatacağına inandığını bildirib.

Əlaqəli Xəbərlər