Menyu

İtaliya sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib

Operativ Media
İtaliya sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib

İtaliyanın qərb sahillərində, Tirren dənizində güclü zəlzələ qeydə alınıb.

Operativ Media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Maqnitudası 6,1 olan yeraltı təkanların episentri İskya adasından 22 km cənub-şərqdə və Neapoldan 43 km cənub-qərbdə, ocağı isə 375 kilometr dərinlikdə yerləşib.

Qeyd edək ki, 30 oktyabr 2016-cı ildə İtaliyada son 35 ilin ən güclü - 6,5 bal gücündə zəlzələ baş verib. İlkin zəlzələdən sonrakı 24 saat ərzində hər biri 5 bal gücündə olan 200-dən çox afterşok qeydə alınıb. Xoşbəxtlikdən, təbiət hadisəsi nəticəsində heç kim ölməyib.

Əlaqəli Xəbərlər