Ana səhifə / Ölkə / Gəncədə dərmandan zəhərlənən kişi ölüb Gəncədə dərmandan zəhərlənən kişi ölüb 09.03.2026, 18:07 Operativ Media Gəncədə dərmandan zəhərlənən şəxs ölüb. Operativ Media xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivi ərazisində baş verib.Sözügedən ərazidə yaşayan 1988-ci il təvəllüdlü M.Qasımovun yaşadığı evdən meyiti tapılıb. Məlumata görə, 38 yaşlı kişi dərmandan zəhərlənərək ölüb. Onu hansı şəraitdə dərmandan zəhərlənməsi hələlik məlum deyil.Hadisə yerinə polis və prokurorluq əməkdaşları əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.